Münhendə Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib FOTO


Dünya 23 Fev 2018 19:24:00 333 0

Münhendə Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib  FOTO

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Almaniyanın Münhen şəhərində soydaşılarımız etiraz aksiyası keçirib.

Son.az Trend-ə istinadən bildirir ki, Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Səttar Kərimov və onun müavini Fuad Rzayevin, həmçinin Bavariya Türk Dərnəkləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş aksiyada Azərbaycan və türk icmasının nümayəndələri iştirak edib.

Aksiyada "Xocalıya ədalət", "Xocalı soyqırımı insanlığa qarşı cinayətdir!", "Biz terrora və soyqırımına yox deyirik!", "Ermənistan işğaldan və terrordan əl çək" kimi şüarlar səsləndirilib, plakatlar qaldırılıb, bayraqlarımızı dalğalandırıblar.

Aksiyada çıxış edən azərbaycanlılar beynəlxalq ictimaiyyətdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə qarşı qətiyyətli mövqe nümayiş etdirməyi, bəşər tarixinin ən dəhşətli insanlıq cinayətlərindən biri olan Xocalı soyqırımına hüquqi qiymət verməyi tələb etdiklərini bildiriblər.


Xəbərə aid fotolar