İsveç yığması biatlon yarışlarının qalibi oldu


İdman 23 Fev 2018 19:22:00 240 0

İsveç yığması biatlon yarışlarının qalibi oldu

İsveçin kişilərdən ibarət biatlon yığması Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb. Goal.az xəbər verir ki, skandinaviyalılar 7x7,5 km məsafəyə estafet yarışında birinci yeri tutublar. Norveç yığması gümüş, Almaniya kollektivi isə bürünc medal əldə edib. Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq.