Rəqsləri ilə soyqırım qurbanlarını andılar FOTO


Digərləri 23 Fev 2018 19:18:00 327 0

Rəqsləri ilə soyqırım qurbanlarını andılar  FOTO

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində  (BXA) Xocalı soyqırımının  26-cı il dönümünə həsr olunmuş tədbir keçirilib.

BXA-dan Son.az-a verilən məlumata görə, anım tədbiri dövlət himninin səslənməsi və soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru, professor Timuçin Əfəndiyev Xocalı faciəsi haqqında danışaraq, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirlidiyini, girov götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib: "Xocalı soyqırımı Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir,"- deyə professor qeyd edib.  Daha sonra Akademiyanın tam orta məktəbinin şagirdləri, orta ixtisas (kollec) pilləsinin və bakalavr, magistr pilləsinin tələbələri tərəfindən Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirib, "Ağla, Şuşam ağla!" və "Qərənfil" milli rəqslərini, "İki qəlbin dastanı" baletini ifa ediblər.  


Xəbərə aid fotolar