Stolüstü tennis üzrə Azərbaycan çempionatı başa çatıb (FOTO)


Digərləri 23 Fev 2018 19:06:00 212 0

Stolüstü tennis üzrə Azərbaycan çempionatı başa çatıb (FOTO)

Bədən tərbiyəsi və idman gününə həsr olunmuş Azərbaycan çempionatı başa çatıb.

Bakı. Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə Bədən tərbiyəsi və idman gününə həsr olunmuş Azərbaycan çempionatı başa çatıb. Federasiyadan Trend-ə verilən məlumata görə, çempionatda respublikanın şəhər və rayonlarından 60-a yaxın idmançı iştirak edib. Şəxsi, komanda, qoşa və qarışıq qoşa dərəcədə keçirilən çempionatda Bakı, Sumqayıt, Şəki, Şirvan, Şabran, Balakən, Qax, Gəncə, Salyan, Gədəbəy, Samux və digər rayonlardan olan idmançılar iştirak edib. 9 kişi və 7 qadın komandasının iştirak etdiyi komanda yarışlarının nəticələri: Kişilər arasında: I yer – Bakı II II yer – Bakı I III yer – Sumqayıt Qadınlar arasında: I yer – Bakı I II yer – Sumqayıt III yer – Bakı II Qarışıq qoşa yarışlarda: I yer – Qafarlı Yusif – Qarayeva Nəzakət II yer – Allahverdiyev Vəzir – İmanova Məryəm III yer – Şahgəldiyev Əliverdi – Şirinova Şərmin Qoşa yarışlarda: Kişilər arasında: I yer – Şahgəldiyev Əliverdi – Həsənov Nurlan