Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlanıb


İdman 23 Fev 2018 18:52:00 230 0

Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlanıb

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Goal.az xəbər verir ki, bu həftənin ən yaxşısı "Manchester United"in qapıçısı David de Xea seçilib. O, Fred ("Shakhtar", Donetsk), Villian ("Chelsea") və Tomas Mülleri ("Bayern Munchen") qabaqlayıb. De Xea səslərin 48 faizini toplayıb. İkinci yeri 28 faiz səslə Villian tutub. Müller üçüncü (17 faiz səs), Fred isə (7 faiz) sonuncu olub.