AEK-in avtobusuna Kiyevdə zədə yetirilib


İdman 23 Fev 2018 18:35:00 335 0

AEK-in avtobusuna Kiyevdə zədə yetirilib

Avropa Liqasının 1/16 final mərhələsində baş tutan "Dinamo" - AEK matçından sonra xoşagəlməz hadisə baş verib. Goal.az xəbər verir ki, naməlum şəxslər yunan klubunun avtobusuna qartopu və daş atıb. Buna görə nəqliyyat vasitəsiin sağ tərəfinin pəncərəsi zədələnib. Futbolçu və klub əməkdaşlarından xəsarət alan olmayıb.

Polis insidenti törətməkdə şübhəli bilinən 4 şəxsi saxlayıb. Qeyd edək ki, Kiyevin "Olimpiya" stadionunda keçirilən görüşdə AEK azarkeşləri "Dinamo" ilə bağlı mübahisəli banner açmışdı. 1942-ci ildə nasistlər tərəfindən klubun bütün futbolçularının qətlə yetirilməsinə diqqət çəkən banner "Dinamo" fanatlarını irqçilikdən çəkinməyə çağırırdı.