Yasamal rayonunun bir küçəsində hərəkət məhdudlaşdırılır


İqtisadiyyat 23 Fev 2018 18:15:00 276 0

Yasamal rayonunun bir küçəsində hərəkət məhdudlaşdırılır

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur

Bakının Yasamal rayonunun Əsəd Əhmədov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq küçə boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, qismən məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.