Gürcüstan MSK-nın üzvləri prezident seçkilərini müşahidə edəcək


Digərləri 23 Fev 2018 17:47:09 153 0

Gürcüstan MSK-nın üzvləri prezident seçkilərini müşahidə edəcək

Dimitri Cavaxadze: "Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə, azad və şəffaf keçiriləcək"

“Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər”.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstan MSK-nın üzvü Dimitri Cavaxadze söyləyib.

Onun sözlərinə görə, Gürcüstan MSK aprelin 11-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Azərbaycan Mərkəzi Seçki Komissiyasından dəvət məktubu alıb: "Gürcüstan MSK dəvəti dəyərləndirib və seçkiləri izləmək üçün nümayəndə göndərilməsi barədə qərar qəbul edib. Gürcüstan MSK-nın üzvləri Azərbaycanda seçki dairə və məntəqələrində olacaq, seçicilərlə də görüşəcəklər".

D.Cavaxadze Azərbaycanda növbəti prezident seçkilərinin yüksək səviyyədə, beynəlxalq standartlara uyğun, şəffaf və azad keçirilcəyinə əmin olduğunu xüsusi qeyd edib: “Azərbaycanın mükəmməl seçki qanunvericiliyi və zəngin təcrübəsi var. Azərbaycanda seçki mühiti də yüksək səviyyədədir. Ona görə də inanıram ki, aprelin 11-nə təyin olunmuş prezident seçkiləri yüksək səviyyədə, azad və şəffaf keçiriləcək”.