Qeyriqanuni dini ayin icra edən şəxslə bağlı iş məhkəməyə göndərildi FOTO


Digərləri 23 Fev 2018 17:05:00 249 0

Qeyriqanuni dini ayin icra edən şəxslə bağlı iş məhkəməyə göndərildi  FOTO

Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində yerləşən "İmam Zeynalabdin" adı ilə fəaliyyət göstərən qeyri-qanuni ibadət yerinə baxış keçirilib.

Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, baxış əsnasında qanunazidd qaydada dini ayinlərin icrası, eləcə də "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin pozulduğu aşkar edilib.


Xəbərə aid fotolar