"Arsenal" və "Milan" 6 il sonra yenə qarşılaşacaq


İdman 23 Fev 2018 17:08:00 265 0

"Arsenal" və "Milan" 6 il sonra yenə qarşılaşacaq

Avropa Liqasının 1/8 final mərhələsinin püşkü "Arsenal" və "Milan"ı üz-üzə qoyub. Goal.az xəbər verir ki, tərəflər 2011/12 mövsümündən bəri ilk dəfə qarşılaşacaq. Həmin vaxt komandaların Çempionlar Liqasının 1/8 finalında baş tutan dueli "rossoneri"nin ümumi hesabda qələbəsi ilə yekunlaşmışdı (4:0, 0:3). "Arsenal"ın "San Siro"da 0:4 hesablı yenilgisi klubun Avrokuboklarda 4 və ondan çox buraxdığı 4 oyundan biridir.