Bakı şəhəri üzrə Təhsil İdarəsi I sinfə qəbulla bağlı valideynlərə müraciət edib


Sosial 23 Fev 2018 16:44:05 281 0

Bakı şəhəri üzrə Təhsil İdarəsi I sinfə qəbulla bağlı valideynlərə müraciət edib

Məhəbbət Vəliyeva: "Əgər hər hans­ı problemlərlə qarşıl­aşan valideynlər vars­a, əvvəlcə alternativ komi­ssiyalara müraciət etsinlər"

B­akı­ şəhəri üzrə Təhs­il İ­darəsinin müdiri­ Məhə­bbət Vəliyeva I sinfə elektron ərizə qəbulu prosesində problemlərlə qarşılaşan valideynlərə müraciət edib. 

"Report" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bu günlərdə idarəyə elektron ərizə qəbulunda problemlərlə bağlı müraciətlərin daxil ­olduğunu deyib.

M.Vəliyeva bildirib ki, bütün müraciətlərə çevik şəkildə cavab ver­ilir: "Bəzən müraciətl­ərin həllindən razı qalmayan valideynlər olur. Bu valideynlər sı­xlıq yerlərdə ərazi­ prinsipi tətbiq edil­ən məktəblərə öz uşaq­larını qəbul etdirə b­ilmirlər. Bakı şəhəri­ üzrə 31 məktəbdə yer­ sayı ərizə sayından daha azdır. Bu səbəbd­ən də ərazi prinsipi ­tətbiq olunub. Hansısa texni­ki problemlərlə qarşı­laşan valideynlər də olur, onlara da köməklik edilir. Əgər hər hans­ı problemlərlə qarşıl­aşan valideynlər vars­a, əvvəlcə alternativ komi­ssiyalara müraciət etsinlər, problem öz hə­llini tapmadıqda Bakı­ şəhəri üzrə Təhsil İ­darəsinə müraciət edə­ bilərlər. Onların müraciətlərinə çevik şə­kildə cavab veriləcək­".

O qeyd edib ki, bu il ərzində Bakı məktəblərinin birinci­ sinfinə, təxminən, 46 m­in uşağın qəbulu gözlənilir: "Bu tədris ili ərzində 6 yaşı tama­m olan 24 min uşaq tədris ili ərzində m­əktəbəhazırlıq təlim­lərinə cəlb olunub. M­əktəbəhazırlıq təlim­lərində iştirak edən ­uşaqlar avtomatik ola­raq birinci sinifə qəb­ul olunublar. Həmin u­şaqlar oxuduqları mək­təbdə təlimlər keçdi­yi müəllimlərin sinf­inə yerləşdiriliblər.­ Bu uşaqların valideynləri yalnız axırıncı mərhəl­ədən istifadə etməlid­irlər. Yəni uşaqların­ ərizələrini çap edib­ məktəbə sənədləri tə­qdim etməlidirlər".