Banişevskinin məzarı ziyarət olunub


İdman 23 Fev 2018 16:44:00 260 0

Banişevskinin məzarı ziyarət olunub

Bu gün "Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin doğum günündən 72 il ötür. Goal.az xəbər verir ki, Bu münasibətlə "Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, Müşahidə Şurasının sədri Çingiz Abdullayev, şura üzvləri – Səməd Qurbanov və Mehdi Nəcəfov, idman direktoru Ceyhun Sultanov, baş məşqçi Tərlan Əhmədov, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, veteran futbolçular və futbol ictimaiyyətinin digər tanınmış simaları Anatoli Banişevskinin qəbrini ziyarət ediblər.  Ziyarətçilər əfsanəvi futbolçu haqda xatirələrini bölüşüb, məzar önünə gül qoyublar.