Vüsalə: "Arvadının nömrəsini qonşulara versəm, xoşuna gələr?"


Şou-biznes 23 Fev 2018 16:10:00 288 0

Vüsalə: "Arvadının nömrəsini qonşulara versəm, xoşuna gələr?"

Tanınmış aparıcı Vüsalə Kərimovanın mobil nömrəsi icazəsiz olaraq yaşadığı binanın sakinləri ilə paylaşılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, "Azərsu"nun Mahir adlı əməkdaşı su sayğacının kodunu rahat əldə etmək məqsədilə binada yaşayan insanların şəxsi nömrələrindən ibarət "Whatsapp" qrupu yaradıb. 

Aparıcının nömrəsini də həmin qrupa əlavə edib.

Kərimova bu barədə sosial media hesabında yazıb:

"O, çoxbilmişliyindən, özünə əziyyət vermək istəmədiyindən su sayğacının kodunu rahat əldə etmək məqsədilə binada yaşayan insanların şəxsi nömrələrindən ibarət "Whatsapp" qrupu yaradıb?! Belə şey görmüşdünüz? Adama deyərlər, sən kim olmusan ki, mənim nömrəmi 300 evlik binanın "Whatsapp" qrupuna yazırsan? Bu haqqı sənə kim verdi? Bunun mahiyyətini anlayırsan?"