Səfir: "ABŞ Azərbaycanla iqtisadi əməkdaşlığın güclənməsi üçün bir sıra proqramlar hazırlayır"


Siyasət 23 Fev 2018 16:20:00 287 0

Səfir: "ABŞ Azərbaycanla iqtisadi əməkdaşlığın güclənməsi üçün bir sıra proqramlar hazırlayır"

"ABŞ Azərbaycanla iqtisadi əməkdaşlığın güclənməsi üçün bir sıra proqramlar hazırlayır".

Son.az xəbər verir ki, bunu Trend-in sualına cavabında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfirin sözlərinə görə, Azərbaycanla ABŞ arasındakı ikitərəfli əməkdaşlığın üç əsas istiqaməti - iqtisadiyyat, (o cümlədən enerji), təhlükəsizlik, qanun və demokratiyanın aliliyi məsələləri mövcuddur: "2017-ci ilin oktyabrında ABŞ-dan Azərbaycana ikitərəfli münasibətlər tarixində ən iri ticarət missiyası gəlib. ABŞ "Cənub Qaz Dəhlizi" layihəsini və Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunu fəal şəkildə dəstəkləyir".

R.Sekuta onu da əlavə edib ki, iki ölkə təhlükəsizlik sahəsində də əməkdaşlıq edir və Azərbaycan ABŞ-ın Əfqanıstan siyasətinə böyük dəstək verir.