Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb


İdman 23 Fev 2018 16:19:00 330 0

Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. Cütlərin tərkibi "kor püşk"ə əsasən müəyyənləşib. Komandaların səpələnmişlər və səpələnməmişlər səbətlərinə, eləcə də ölkə bölgüsü aparılmayıb. Goal.az xəbər verir ki, Çempionlar Liqasında "Qarabağ"ı qabaqlayaraq Avroliqaya düşən "Atletico" bu mərhələdə "Lokomotiv"lə qarşılaşacaq. Bu mövsüm turnirin finalını stadionunda qəbul edəcək "Lyon" isə Moskva "CSKA"sı ilə münasibətlərini aydınlaşdıracaq. 1/8 finalın ən maraqlı cütü isə "Milan" - "Arsenal" olub.

Avropa Liqası, 1/8 final cütləri

"Lazio" (İtaliya) - "Dinamo Kyiv" (Ukrayna)

"Leipzig" (Almaniya) - "Zenit" (Rusiya)

"Atletico Madrid" (İspaniya) - "Lokomotiv" (Rusiya)

CSKA (Moskva) - "Lyon" (Fransa)

"Marseille" (Fransa) - "Athletic" (İspaniya)

"Sporting" (Portuqaliya) - "Victoria Plzen" (Çexiya)

"Borussia" (Almaniya) - "Salzburg" (Avstriya)

"Milan" (İtaliya) - "Arsenal" (İngiltərə)

Mərhələnin ilk oyunları 8, cavab qarşılaşmaları isə 115 martda baş tutacaq.