AEK-dən Avroliqanın yeni rekordu


İdman 23 Fev 2018 16:03:00 240 0

AEK-dən Avroliqanın yeni rekordu

Yunanıstanın AEK klubu Avropa Liqasının yeni rekordunu müəyyənləşdirib. Goal.az xəbər verir ki, Manolo Ximenesin yetirmələri turnirdə mübarizəni məğlub olmadan dayandırıb. Qrup mərhələsi də daxil olmaq, Avroliqada 10 oyunda meydana çıxan AEK son 7 matçı heç-heçə başa vurub. Bu, turnirin yeni rekordudur.

Klub qrup ikincisi kimi "Milan"la birlikdə 1/16 final mərhələsinə vəsiqə qazanmışdı. Bu mərhələdə Kiyev "Dinamo"su ilə qarşılaşan yunanlar evdə 1:1, səfərdə 0:0 hesablı bərabərliyə razılaşmışdı.