Yollardakı gizli "terrorçu"lar Bildiyimiz və ya bilib əhəmiyyət vermədiyimiz təhlükələr


Digərləri 23 Fev 2018 15:57:00 285 0

Yollardakı gizli "terrorçu"lar  Bildiyimiz və ya bilib əhəmiyyət vermədiyimiz təhlükələr

Yol hərəkəti təhlükəsizliyi ilə bağlı rəsmi məlumatları nəzərdən keçirərkən həmişə səbəb olaraq göstərilən sürücülərin, piyadaların intizamsızlığı olur. Lakin yolda qəzalara səbəb olan xeyli sayda başqa amillər də var, özü də kifayət qədər ciddi.

Son.az xəbər verir ki, yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

Ekspert nümunə olaraq yollardakı çala-çuxurların və qabarıqların doğurduğu təhlükələri və ziyanlara nəzər salıb: "Belə çala-çuxurlar və qabarıqlar aşağıdakı konkret təhlükələri doğurur:

1. Nisbətən yüksək sürətlə çala-çuxura düşən, yaxud yolun qabarıq yerinə toxunan avtomobil idarəetmədən çıxaraq aşa, yaxud yolda olan digər avtomobillərlə və ya başqa maneələrlə toqquşa bilər;

2. Sürücü çala-çuxura düşməmək üçün lazımsız manevrlər edir, bunun üçün başqa zolağa, bəzən hətta əks istiqamətli hərəkət zolağına çıxır. Bu isə aşkar qəza risqidir;

3. Çala-çuxurlu yolda hərəkət edən sürücünün gözləri yolda növbəti çala-çuxuru axtarır, ona görə də ümumi yol şəraitinə nəzarət edə bilmir, qabaqda yaranan və ya yarana biləcək qəza vəziyyətlərini vaxtında görmür. Bu da ciddi qəza risqidir;

4. Sürücünün gözləri çala-çuxurlara zilləndiyindən tez yorulur. Yorğunluq isə reaksiyanın zəifləməsi və yenə də aşkar qəza risqidir;

5. Çala-çuxurlu yolda hərəkət edən sürücü tez aqressivləşir, heç kəsə güzəşt etmək istəmir, digər qaydaları pozmağa meyillənir. Xüsusən, çala-çuxurlu yoldan rahat yola çıxan sürücü sürət rejimini pozur. Bu da ciddi qəza risqidir;

6. Çala-çuxura düşən avtomobildə anidən yaranan texniki nasazlıq (hətta bəzən təkərin oxdan qopub aralanması və s.) çox ciddi qəzaya, avtomoblin aşmasına, idarəetmədən çıxaraq başqa nəqliyyat vasitələri ilə toqquşmasına səbəb ola bilər və s."

Ə.Hüseynov belə yolların vurduğu ziyanları da açıqlayıb: "Çala-çuxur və qabarıqların vurduğu ziyanlar isə bunlar ola blər:

1. Avtomobilin detalları (asqılar, təkərlər və s.) tədricən sıradan çıxır, bütövlükdə avtomobilin istismar müddəti qısalır;