Cərrah azərbaycanlı aktrisaya narkoz verib aldatdı


Digərləri 23 Fev 2018 15:45:00 234 0

Cərrah azərbaycanlı aktrisaya narkoz verib aldatdı

Əməkdar artist Tünzalə Əliyeva ötən gün "5/5" verilişinin qonağı olub.

Son.az xəbər verir ki, aparıcı Zaur Kamal bir həftə öncə ikinci dəfə mədəkiçiltmə əməliyyatı etdirən xanım aktrisa ilə bağlı maraqlı faktı açıqlayıb.

Aparıcı canlı yayımda "Toppuş bacı"nın ilk dəfə mədəsini kiçiltmək istəyərkən həkimin əməliyyat masasında fikrini dəyişdiyini deyib:

"3-4 il əvvəl Tünzalə xanım mədəkiçiltmə əməliyyatına gedir. Həkim mədəni açır, görürlər ki, bu iş onlarlıq deyil. Yenidən tikirlər, aldadırlar ki, mədəni kiçiltdik".

Aktrisa Zaurun bu açıqlamasına aydınlıq gətirib.