Azərbaycanın Milli qəhrəmanlarının görüşü keçirilib


Digərləri 23 Fev 2018 15:49:00 372 0

Azərbaycanın Milli qəhrəmanlarının görüşü keçirilib

Azərbaycanın Milli qəhrəmanlarının görüşü keçirilib.

Son.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaət, igidlik və rəşadət nümunələri göstərmiş Milli qəhrəmanlarımız ölkəmizin yaxın tarixinə nəzər salaraq, Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərdən danışıblar.

Qeyd olunub ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımıza nəsib olmuş azadlığın yüksəkliyində dayana bilməyən ozamanki hakimiyyət tarixin millətimizə bəxş etdiyi bu əvəzsiz sərvəti nə lazımınca qiymətləndirə, nə də onu qoruyub saxlanmaq iqtidarında olublar. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin naşılığı və bacarıqsızlığı üzündən yaranan fəlakətli vəziyyət xalqımızı ağlasığmaz məhrumiyyətlərə düçar edib.

1991-1993-cü illər nəinki dövlətimizin müstəqillik tarixində itirilmiş illər hesab olunur, həm də bu illərdə Azərbaycan "olum, ya ölüm" seçimi qarşısında qalıb. Ölkədə yaranmış xaos, anarxiya və hərc-mərclikdən məharətlə istifadə edən erməni işğalçıları xarici havadarlarının dəstəyi ilə əzəli və tarixi torpaqlarımızı qəsb edir, digər tərəfdən isə ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə gətirib çıxarıb. Xalqımız belə bir ümidsiz vəziyyətdə imdad dolu nəzərlərini dahi şəxsiyyət Heydər Əliyevə dikib.

Bu çətin məqamda ulu öndərimiz Heydər Əliyev həmişə olduğu kimi, xalqının harayına çataraq, məhv olmaq təh­lü­kə­si­ ilə üz-üzə qa­lan Azərbaycanda az bir za­manda mü­rək­kəb, zid­diy­yət­li, son də­rə­cə gər­gin hadisələ­ri öz dühası və müdrikliyi ilə yoluna qoymuş, dövlətçiliyimizi məhv olmaqdan xilas edib. Ümummilli Liderin qətiyyəti, yenilməz iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində Azər­baycan­ və­tən­daş mü­ha­ri­bə­si­, qar­daş qır­ğı­nı­, dövlət çevrilişləri girdabından qurtularaq, müstəqilliyini qorumuş, respublikamız intibaha qovuşub.