Babək prospektində su xətlərinin çəkilişi ilə bağlı işlərin başa çatacağı tarix açıqlanıb (FOTO)


Digərləri 23 Fev 2018 15:40:00 171 0

Babək prospektində su xətlərinin çəkilişi ilə bağlı işlərin başa çatacağı tarix açıqlanıb (FOTO)

Babək prospektində nəqliyyatın intensiv hərəkəti nəzərə alınaraq hazırda 5 nöqtədə tikinti-quraşdırma işləri davam etdirilir.

Bakı. Babək prospektində nəqliyyatın intensiv hərəkəti nəzərə alınaraq hazırda 5 nöqtədə tikinti-quraşdırma işləri davam etdirilir. İndiyə qədər 5 km-dən çox boru qaynaq edilərək torpağa basdırılıb. Su xətlərinin çəkilişinin cari ilin may ayında başa çatdırılması planlaşdırılır. “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, paytaxtın əsas magistral yollarından sayılan Babək prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində ərazidən keçən mövcud magistral su xətləri yenilənir. Babək prospektində icra olunan layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması üzrə Master Plan çərçivəsində həyata keçirilir. Layihəyə əsasən, Babək prospekti boyunca 1000 və 800 mm polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 km uzunluğunda paylayıcı kəmərlər çəkilir. Bu kəmərlərdən ətraf küçələrə çıxışlar veriləcək, bütün evlər və obyektlər yeni şəbəkəyə qoşulacaq.