Adı gülüş hədəfi olan klubun qürurverici tarixi - "Östersunds"la ikinci şans


İdman 23 Fev 2018 15:12:00 380 0

Adı gülüş hədəfi olan klubun qürurverici tarixi - "Östersunds"la ikinci şans

Faşizm, kütləvi köçün ölkəni təhdid etdiyi vaxtda İsveç siyasi arenada böyük güc qazanır. İrqçiliyin pik həddinə çatdığı cəbhəyə cavabı son günlərdə çıxışı ilə diqqət çəkən "Östersunds" verdi. UEFA Avropa Liqasında "Galatasaray"ı, "Arsenal"ı məğlub edən klub sayəsində həyatda qalmaq üçün köç edənlərin dramı dünya gündəminə çıxarıldı.

Goal.az həyata məğlub - 9 futbolçu ilə başlayan klubun hekayəsini təqdim edir:

Stokholmdan 7 saatlıq məsafədə yerləşən "Östersunds" diqqətləri "Galatasaray"ı məğlub edərkən üzərinə çəkdi. "Galatasaray"la kifayətlənməyən klub qrup mərhələsinə yüksələrək, yoluna lider kimi davam etməyi bacarmışdı.

İsveç Liqasını beşinci pillədə bitirən klubun uğurları ölkədəki siyasi durumu da dəyişdirdi.

"Östersunds" dördüncü Liqada çıxış edərkən, klub ingilis Qraham Porterə tapşırıldı. Qısa müddətdə uğurları sıralayan komanda birinci liqaya yüksəlmiş, ölkə kubokunu qazanmaqla çoxlarını təəccübləndirmişdi.

"Östersunds"un ən önəmli özəlliyi isə köçkün klubu olmasıdır. Komandada çox sayda qaçqın futbolçu var. Yeni transfer ediləndə də üstünlük İsveçdəki köçkünlərə verilir. Klubun məqsədi öz ölkələrindən savaş və digər səbəblərdən qaçan insanlara ikinci şansı vermək, onları yenidən həyata qazandırmaqdır. İsveç klubu bir tərəfdən öz işini görür, digər tərəfdən İsveç və Avropa futbolunda tarix yazmağı bacarır.

Ronald Mukibi "Östersunds"a transfer olunmadan öncə 1 dəqiqə belə forma şansı qazanmamışdı. Patrik Kpozo "işə yaramaz" deyilib sərbəst buraxılmışdı. Brva Nouri narkotikdən istifadə ittihamı ilə AİK-dən qovulmuşdu. Ken Sema sabiq klubunda meydana çıxmaq şansı qazanmamışdı. Artıq onları bütün Avropa tanıyır.

Qanalı Sam Mensisronun, Suriyada müharibədən qaçan Qabriel Sominin, çox uzaqlardan – Komor adalarından Fuad Bacarouinin, iranlı Saman Qoddosun da kədərli hekayələri var. Alhaji Geroya gəlincə, onun hekayəsi bir az fərqlidir:

Afrikada yalın ayaqla top əvəzinə kola şüşəsi ilə oynayırdı. Gero ilk dəfə bust geyinməsini belə xatırlayır: “Ayaqqabı ilə oynamağa çalışdım. Heç cür alınmırdı. Çox narahat edirdi, oynaya bilmirdim. 10 dəqiqə dözdüm, sonra hakimə ayaqqabısız oynamaq istədiyimi bildirdim. Hakim icazə vermədi deyə, məcbur elə oynamalı oldum. Dürüst olsam, heç vaxt açıq ayaqla oynayarkən aldığım zövqü ayaqqabı ilə oynayarkən almadım”.

Futbolçuların həftəlik maaşı 600 funt sterlinqdir. Komandaya “Stoke City”nin sabiq futbolçusu Potter rəhbərlik edir. Emosional zəka üzrə təhsil alıb, akademiklik dərəcəsi var.

“Östersunds”un yerləşdiyi coğrafi məkan yaşamaq istəməyəcəyiniz ərazidir. Həmin torpaqlar köçkün uşaqlarının doğulması ilə canlanmağa başlayıb.

Klub azarkeşləri İspaniyada “Athletic”lə oyun üçün pul yığaraq təyyarə tutmuşdu.

Alhaji Gero İsveç xalqına təşəkkür etməyi unutmur: “Digər xalqlar Afrikalılara qarşı bu qədər səmimi deyillər. İsveç bir model olmalıdır”.

Həyatda qalmak üçün ölümü gözə almısınızsa, olduqca bacarıqlısınız deməkdir. Kağız üstündə təhsiliniz olmaya bilər, bir istedadınız yox kimi görülə bilər. Ancaq “Östersunds”un başq məşqçisi Qraham Potterə görə kağızın digər tərəfinə baxılmalıdır.

 

UEFA kubokunun qalibi “Galatasaray”ı mübarizədən kənarlaşdıran, “Arsenal”ı öz meydanında məğlub etməyi bacaran “Östersund” bir futbol klubundan daha artığı olduğunu sübut etdi

 

 

 

Zeynəb Əliyeva