Robert Sekuta: “ABŞ üçün seçkilərin şəffaf olması vacibdir”


Siyasət 23 Fev 2018 15:08:56 263 0

Robert Sekuta: “ABŞ üçün seçkilərin şəffaf olması vacibdir”

Səfir: “ABŞ-ın siyasəti Azərbaycana güclü, inkişaf etmiş müstəqil demokratik ölkə olmağa yardım etməkdir”

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) nümayəndələri Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər".

“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkisini şərh edərkən jurnalistlərə bildirib.

“ABŞ üçün seçicilərin seçkilərdə iştirak edə bilməsi, sərbəst səs verə bilməsi, seçkilərin şəffaf olması vacibdir”, - R.Sekuta deyib.

Dağlıq Qarabağ münaqişəsi barədə danışan diplomat vurğulayıb ki, ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində həll prosesində fəal rol oynayır və nizamlanma yolunda irəliyə doğru addımlar atılmasına çalışır: "Biz bütün səviyyələrdə tərəflərin münaqişəni sülh yolu ilə həll etməsinə çalışırıq".