Azərbaycanın Milli qəhrəmanlarının görüşü keçirilib


Siyasət 23 Fev 2018 14:41:00 137 0

Azərbaycanın Milli qəhrəmanlarının görüşü keçirilib

Sonda prezident seçkiləri ilə bağlı müraciət qəbul edilib

Azərbaycanın Milli qəhrəmanlarının görüşü keçirilib.

"Report"un məlumatına görə, görüşdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaət, igidlik və rəşadət nümunələri göstərmiş Milli qəhrəmanlarımız ölkəmizin yaxın tarixinə nəzər salaraq Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərdən danışıblar.

Qeyd olunub ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımıza nəsib olmuş azadlığın yüksəkliyində dayana bilməyən ozamanki hakimiyyət tarixin millətimizə bəxş etdiyi bu əvəzsiz sərvəti nə lazımınca qiymətləndirə, nə də onu qoruyub saxlanmaq iqtidarında olublar. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin naşılığı və bacarıqsızlığı üzündən yaranan fəlakətli vəziyyət xalqımızı ağlasığmaz məhrumiyyətlərə düçar eşdib.

1991-1993-cü illər nəinki dövlətimizin müstəqillik tarixində itirilmiş illər hesab olunur, həm də bu illərdə Azərbaycan “olum, ya ölüm” seçimi qarşısında qalıb. Ölkədə yaranmış xaos, anarxiya və hərc-mərclikdən məharətlə istifadə edən erməni işğalçıları xarici havadarlarının dəstəyi ilə əzəli və tarixi torpaqlarımızı qəsb edir, digər tərəfdən isə ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə gətirib çıxarıb. Xalqımız belə bir ümidsiz vəziyyətdə imdad dolu nəzərlərini dahi şəxsiyyət Heydər Əliyevə dikib.

Bu çətin məqamda ulu öndərimiz Heydər Əliyev həmişə olduğu kimi, xalqının harayına çataraq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanda az bir zamanda mürəkkəb, ziddiyyətli, son dərəcə gərgin hadisələri öz dühası və müdrikliyi ilə yoluna qoyub, dövlətçiliyimizi məhv olmaqdan xilas edid. Ümummilli liderin qətiyyəti, yenilməz iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycan vətəndaş müharibəsi, qardaş qırğını, dövlət çevrilişləri girdabından qurtularaq müstəqilliyini qoruyub, respublika intibaha qovuşub.

Milli qəhrəmanlar bildiriblər ki, bu gün ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində Azərbaycan mübaliğəsiz öz tarixinin ən güclü dövrünü - ictimai-siyasi sabitlik, sosial-iqtisadi yüksəliş və təhlükəsizlik şəraitində yaşayır. Prezident İlham Əliyevin ölçülüb-biçilmiş və düşünülmüş müstəqil dövlətçilik strategiyası, milli mənafelərə xidmət edən, son dərəcə cəsarətli daxili və xarici siyasət kursu sayəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycan Respublikası bütün çətinliklərə mətanətlə sinə gərir, sınaqlardan dəyanətlə çıxır, öz tərəqqi xəttini, hər bir sahədə sabitliyi, yüksək iqtisadi inkişaf tempini qoruyub saxlaya bilir. Bunun nəticəsidir ki, Azərbaycanda xalq-iqtidar həmrəyliyi gündən-günə daha da möhkəmlənir, ölkəmizin beynəlxalq nüfuzu və mövqeləri getdikcə güclənir.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin misilsiz səyləri ilə respublikanın müdafiə qabiliyyətinin durmadan artdığını vurğulayan Milli qəhrəmanlar Silahlı Qüvvələrin hərbi-texniki potensialının yüksəldilməsi nəticəsində Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından birinə çevrildiyini bildiriblər. Milli qəhrəmanlar qeyd ediblər ki, işğal olunmuş ərazilərimizin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə tam azad ediləcəyi gün heç də uzaqda deyil: "Biz hamımız bir əsgər olaraq dövlət başçısının ölkəmizin ərazi bütövlüyünün təmin olunması barədə hücum əmrinə tam hazırıq. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu rəşadətli döyüş əməliyyatı ilə bu hazırlığı bir daha təsdiq edib".

Milli qəhrəmanlar xüsusi vurğulayıblar ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən Vətən, dövlət, xalq, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərmiş Milli qəhrəmanlara, habelə müharibə əlillərinə, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilir. Dövlət başçısının 2018-ci il fevralın 20-də imzaladığı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı sərəncam buna əyani sübutdur.

Milli qəhrəmanlar bildiriblər ki, Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşərək dövlət başçısının Azərbaycanın müstəqilliyinin qorunması və tərəqqisi istiqamətində bütün səylərinin uğurla həyata keçirilməsində daim ön sırada olacaqlar.

Görüş iştirakçıları 2018-ci il aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərində yekdilliklə İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bəyan ediblər.

Sonda Milli qəhrəmanlar prezident seçkiləri ilə bağlı müraciət qəbul ediblər.

Milli qəhrəmanlar müraciətdə vətəndaşlarımızı aprelin 11-də keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə, müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi, xalqımızın gələcək rifahı naminə İlham Əliyevə səs verməyə çağırıblar.

Azərbaycanda standartlaşdırma üzrə milli proqram hazırlanacaq like
  • 23 Fev 14:40  
Digərləri Azərbaycanda standartlaşdırma üzrə milli proqram hazırlanacaq

Bu gün Milli Məclisin plenar iclasında "Standartlaşdırma haqqında&quo

arrow Ətraflı
Azərbaycan Premyer Liqası, 17-ci tur rəqəmlərin gözü ilə like
  • 23 Fev 14:40  
İdman Azərbaycan Premyer Liqası, 17-ci tur rəqəmlərin gözü ilə

Bu həftə Topaz Premyer Liqasında XVII turun oyunları keçiriləcək. 2

arrow Ətraflı
31 yaşlı Meqan yataq paltarı reklamında   FOTO like
  • 23 Fev 14:38  
Digərləri 31 yaşlı Meqan yataq paltarı reklamında FOTO

Məşhur aktrisa və model Meqan Foks 2018-ci ilin yaz fəsli üçün yataq palt

arrow Ətraflı
Arif Alışanovu öldürməyə cəhd edənlərin məhkəməsi başlayıb like
  • 23 Fev 14:36  
Digərləri Arif Alışanovu öldürməyə cəhd edənlərin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və

arrow Ətraflı
Ən eybəcər idi, like
  • 23 Fev 14:34  
Digərləri Ən eybəcər idi,

Frodo adlı köpək ölüm ayağında idi. Bədənində bitlərin və gənələr

arrow Ətraflı
Rusiyalı qadın jurnalistin adı arzuolunmaz şəxslər siyahısından çıxarıldı like
  • 23 Fev 14:33  
Siyasət Rusiyalı qadın jurnalistin adı arzuolunmaz şəxslər siyahısından çıxarıldı

Rusiya Federasiyası vətəndaşı, "Родник" qəzetinin jurnalis

arrow Ətraflı
Robert Sekuta: "ABŞ səfirliyinin vəzifəsi Azərbaycanda gələcək nəslə dəstək verməkdir" like
  • 23 Fev 14:31  
Siyasət Robert Sekuta: "ABŞ səfirliyinin vəzifəsi Azərbaycanda gələcək nəslə dəstək verməkdir"

"ABŞ səfirliyinin vəzifəsi Azərbaycanda gələcək nəslə dəstək ve

arrow Ətraflı
Azərbaycandan Niderlanda etiraz like
  • 23 Fev 14:30  
Siyasət Azərbaycandan Niderlanda etiraz

Niderland Krallığı parlamentinin nümayəndələr palatasının qondarma &quo

arrow Ətraflı
BDU-nun Hüquq fakültəsinə yeni ixtisaslar əlavə edilib like
  • 23 Fev 14:30  
Digərləri BDU-nun Hüquq fakültəsinə yeni ixtisaslar əlavə edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 fevral 2018-ci il tarixli qə

arrow Ətraflı
Yüksəkixtisaslı həkim briqadaları regionlarda əhalinin pulsuz müayinəsinə başlayıb like
  • 23 Fev 14:29  
Digərləri Yüksəkixtisaslı həkim briqadaları regionlarda əhalinin pulsuz müayinəsinə başlayıb

Əhalinin tibbi müayinələrinin təşkili üçün Səhiyyə Nazirliyinin sər

arrow Ətraflı
Səfir: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı işi davam etdirəcək" like
  • 23 Fev 14:28  
Dünya Səfir: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı işi davam etdirəcək"

"ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanm

arrow Ətraflı
Şəxsiyyət vəsiqələri ilə bağlı yeni rüsumlar təsdiq olundu like
  • 23 Fev 14:26  
Digərləri Şəxsiyyət vəsiqələri ilə bağlı yeni rüsumlar təsdiq olundu

Azərbaycanda 15 yaşdan aşağı vətəndaşlar üçün şəxsiyyət vəsiqəsi

arrow Ətraflı
Niderland səfirliyinin müşaviri Türkiyə XİN-ə çağırılıb - SƏBƏB? like
  • 23 Fev 14:26  
Digərləri Niderland səfirliyinin müşaviri Türkiyə XİN-ə çağırılıb - SƏBƏB?

Niderland səfirliyinin müşaviri Türkiyə Xarici İşlər Nazirliyinə çağ

arrow Ətraflı