Litvada Xocalı faciəsinə həsr olunmuş fləşmob keçirilib VİDEO


Siyasət 23 Fev 2018 14:43:00 268 0

Litvada Xocalı faciəsinə həsr olunmuş fləşmob keçirilib  VİDEO

Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi ilə Litva Azərbaycanlı Gənclər Təşkilatının fəal üzvləri Vilnüsün mərkəzində Neris çayının sahilində Xocalı soyqırımına həsr olunmuş fləşmob keçiriblər.

Son.az xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, Vilnüs şəhər meriyasının xüsusi icazəsi ilə keçirilən tədbir şəhər sakinlərinin və qonaqlarının ən çox hərəkət etdiyi yerdə və meriyanın qarşısında baş tutub.

100 kv.m sahədə 2000 ədəddən çox xüsusi konstruksiyalı şamdan istifadə edilərək #KHOJALY hərfləri bütün gecə boyu yandırılıb.

Vilnüs və Kaunas universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə yanaşı litvalı gənclər də bu fləşmobun təşkilində fəallıq göstəriblər.

Bundan öncə Səfirliyin və Litva Qan Mərkəzinin təşkilatçılığı ilə Xocalı qurbanlarına həsr olunmuş qan vermə aksiyası keçirilib. Qan vermə aksiyasında diplomatlarla yanaşı, diaspor nümayəndələri, tələbələrimiz, litvalı gənclər iştirak ediblər.

Videonu izləmək üçün şəklə klikləyin: