Yüksəkixtisaslı həkim briqadaları regionlarda əhalinin pulsuz müayinəsinə başlayıb


Digərləri 23 Fev 2018 14:29:00 179 0

Yüksəkixtisaslı həkim briqadaları regionlarda əhalinin pulsuz müayinəsinə başlayıb

Əhalinin tibbi müayinələrinin təşkili üçün Səhiyyə Nazirliyinin sərəncamı ilə yaradılan yüksəkixtisaslı həkim briqadaları artıq regionlarda xidmət göstərməyə başlayıblar.

Bakı. İlhamə İsabalayeva - Əhalinin tibbi müayinələrinin təşkili üçün Səhiyyə Nazirliyinin sərəncamı ilə yaradılan yüksəkixtisaslı həkim briqadaları artıq regionlarda xidmət göstərməyə başlayıblar. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, səhiyyə nazirinin müavini Nigar Əliyeva “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi üçün mütəxəssislərin ezamiyyəti haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, əhiyyə Nazirliyinin 30.01.2018-ci il tarixli sərəncamının icrası ilə əlaqədar bölgələrdə əhalinin tibbi müayinələrdən keçirilməsini təmin etmək məqsədi ilə yüksəkixtisaslı mütəxəssislər regionlara ezam olunurlar. Ezam edilənlər arasında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Respublika Perinatal Mərkəzinin, Kliniki Tibbi Mərkəzin, Respublika Endokrinoloji Mərkəzin, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun, Doğum evlərinin, Qadın Məsləhətxanalarının və digər tibb müəssisələrinin mütəxəssisləri daxil ediliblər. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə 12 fevral – 12 may tarixlərində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində əhalinin tibbi müayinələri keçirilir. Ölkə başçısının tapşırığının icrası məqsədi ilə səhiyyə nazirinin müavini Nigar Əliyeva “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” 30.01.2018-ci il tarixli sərəncam imzalayıb.