Şəxsiyyət vəsiqələri ilə bağlı yeni rüsumlar təsdiq olundu


Digərləri 23 Fev 2018 14:26:00 243 0

Şəxsiyyət vəsiqələri ilə bağlı yeni rüsumlar təsdiq olundu

Azərbaycanda 15 yaşdan aşağı vətəndaşlar üçün şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsinə görə dövlət rüsumu tətbiq olunacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclis bu gün keçirilən iclasda "Dövlət rüsumları haqqında" qanuna dəyişiklikləri təsdiq edib.

Dəyişikliklərə əsasən, 15 yaşdan aşağı vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün rüsumlar aşağıdakı kimi olacaq:

- 10 iş günü ərzində veriləcəyi təqdirdə - 4 manat; - 3 iş günü ərzində veriləcəyi təqdirdə - 20 manat; - 1 iş günü ərzində veriləcəyi təqdirdə - 25 manat.