Bakı metrosunda özünü qatarın altına atan gənc görün kimin oğlu çıxdı VİDEO


Digərləri 23 Fev 2018 13:41:00 274 0

Bakı metrosunda özünü qatarın altına atan gənc görün kimin oğlu çıxdı  VİDEO

6 il öncə qayınatasının evindən yoxa çıxan Həsənov Mübarizlə bağlı ilginc detallar ortaya çıxıb.

Son.az xəbər verir ki, Mübarizi axtarmaq üçün Rusiyadan "Səni axtarıram"a qatılan qardaşı tükürpədən açıqlamaları ilə diqqət çəkib.

Qardaşı Mübarizin oğlunun "Əmi, universiteti qurtarım, sənə bir şey deyəcəm" söylədiyini bildirib.

Mübarizin qardaşı atası itkin düşəndən sonra oğlunun intihara cəhd etdiyini də sözlərinə əlavə edib:

"Uşaq "Ulduz" metrosunda özünü atdı qatarın altına. Atamın 40-ı təzə çıxmışdı. İndi bir qolu yoxdur. Qatar bu insanın üzərindən keçib. Bu, oradan necə sağ çıxıb?!"

Bu açıqlama studiada əyləşən tamaşaçıları və ekspertləri məəttəl qoyub.