"Zidanın yerində olsaydım, Qaretə tam qayğı göstərərdim"


İdman 23 Fev 2018 13:45:00 287 0

"Zidanın yerində olsaydım, Qaretə tam qayğı göstərərdim"

İspaniya mətbuatı hesab edir ki, mövsümün sonunda "Real" Qaret Beyli satacaq. 2013-cü ildə 85 milyon funta "Tottenham"dan transfer edilən uelsli ulduz son vaxtlar çoxsaylı zədələrdən əziyyət çəkir. Goal.az xəbər verir ki, Madrid klubunun sabiq müdafiəçisi Arbeloa Arbeloa isə onun hələ də komandaya lazımlı oyunçu olduğuna inanır.

"Beyli satmazdım. Onun "Real"da qalmaq şanslarını itirdiyini və ya pis günlərini yaşadığını düşünmürəm. Zidanın yerində olsaydım, Qaretə tam qayğı göstərərdim. Onun zədə problemləri stabil oynamasına mane olur. Qarşıdakı aylarda heyətdəki bütün futbolçulara ehtiyac yaranacaq" - Arbeloa deyib.