Azərbaycanlı gənclər Vilnüsda Xocalı soyqırımına həsr olunan fleshmob keçiriblər


Siyasət 23 Fev 2018 13:22:56 280 0

Azərbaycanlı gənclər Vilnüsda Xocalı soyqırımına həsr olunan fleshmob keçiriblər

Qanvermə aksiyasında diplomatlarla yanaşı, diaspor nümayəndələri, tələbələrimiz, litvalı gənclər iştirak ediblər

Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi ilə Litva Azərbaycanlı Gənclər Təşkilatının fəal üzvləri Vilnüsün mərkəzində Neris çayının sahilində Xocalı soyqırımına həsr olunan fleshmob keçiriblər.

Bu barədə "Report"a XİN-dən məlumat verilib. 

Vilnüs şəhər meriyasının xüsusi icazəsi ilə keçirilən tədbir Vilnüs sakinlərinin və qonaqlarının ən çox hərəkət etdiyi yerdə və meriyanın qarşısında baş tutub. 100 kv.m sahədə 2000 ədəddən çox xüsusi konstruksiyalı şamdan istifadə edilərək #KHOJALY hərfləri bütün gecə boyu yandırılıb.

Vilnüs və Kaunas universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə yanaşı litvalı gənclər də bu fleshmobun təşkilində fəallıq göstəriblər.

Bundan öncə Azərbaycan səfirliyinin və Litva Qan Mərkəzinin təşkilatçılığı ilə Xocalı qurbanlarına həsr olunmuş qan vermə aksiyası keçirilib. Qanvermə aksiyasında diplomatlarla yanaşı, diaspor nümayəndələri, tələbələrimiz, litvalı gənclər iştirak ediblər.