Azərbaycan dili Misirin ali məktəblərində tədris olunmağa başlandı FOTO


Digərləri 23 Fev 2018 13:03:00 276 0

Azərbaycan dili Misirin ali məktəblərində tədris olunmağa başlandı  FOTO

Vətənpərvər" Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Qahirə Universitetinin ədəbiyyat fakültəsinin "Şərq dilləri" bölməsində Azərbaycan dilinin tədrisinə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, Azərbaycan dilini tələbələrə Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin tarixi, mədəniyyəti və Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı, Xocalı soyqırımı barədə də ətraflı məlumat verilir.

Universitetin 4-cü kursunda tədris edilən Azərbaycan dili dərslərində 130 nəfərdən çox tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı S.Nəsirova müraciət ediblər. S.Nəsirov bunun üçün bütün imkanların olduğunu bildirərək yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən tələbələrə əlavə kursların təşkil olunacağını açıqlayıb.


Xəbərə aid fotolar