La Liqa prezidenti: "Rusiyalı ultras azarkeşləri Bilbaoya buraxmaq lazım deyildi"


İdman 23 Fev 2018 13:09:00 278 0

La Liqa prezidenti: "Rusiyalı ultras azarkeşləri Bilbaoya buraxmaq lazım deyildi"

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Avropa Liqasının 1/16 final mərhələsində "Athletic" və "Spartak" arasında cavab oyunundan öncə baş verənlərə münasibət bildirib. Azarkeşlər arasında Bilbao şəhərində ortaya çıxan qarşıdurma nəticəsində 1 polis əməkdaşı dünyasını dəyişmişdi. Goal.az xəbər verir ki, Tebas futbolda zorakılığa yer olmadığını qeyd edib

"Çox ciddi məsələdir. Futbola zorakılıq gətirənlərə tolerant davrana bilmərik. Belə insanlara qarşı mərhəmət göstərmək olmaz. Futbolda zorakılıq hallarını aradan qaldırmaq üçün bütün mümkün vasitələrdən istifadə etməliyik.

Rusiyalı ultras azarkeşləri Bilbaoya buraxmaq lazım deyildi. Onlardan bəziləri pis ad qoyub. Bu səbəbdən baş verən iğtişaşlar təccrüblü olmadı. Nəticədə ən pis hadisə baş verdi. Bir insanın ömrü yarıda qaldı, onu geri qaytarmaq qeyri-mümkündür.

Azarkeşlərin iştirakı ilə son vaxtlar ən ciddi insidentlər Avrokuboklarda qeydə alınıb. Daxili turnirlərdə biz vəziyyəti nəzarət altıda saxlayırıq. Amma başqa ölkələrin ultras azarkeşləri gələndə bu barbarlar daha da azğınlaşırlar".