“Nazirlər Kabineti qərarı ilə 25 nəfəri ölümdən xilas etdi”


Digərləri 23 Fev 2018 12:57:00 213 0

“Nazirlər Kabineti qərarı ilə 25 nəfəri ölümdən xilas etdi”

Bayıl yamacındakı sürüşmə zonasından 97 ailə köçürülüb, 4 ev uçub, 2 ev də bu gün, sabah uçacaq. Bu 2 evin artıq yarısı uçub.

Son.az xəbər verir ki, bunu APA-ya açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.

A.Şərifov deyib ki, Nazirlər Kabinetinin ilk qərarı sakinlərin bu təhlükəli ərazidən çıxarılması olub: "Nazirlər Kabinetinin Ehtiyat Fondundan bu sakinlərə kirayə pulu ayrılıb. Nazirlər Kabineti qərarı ilə 25 nəfəri nağd ölümdən xilas edib. Həmin uçan 4 evdə 25 nəfər insan yaşayırdı".