Qaçırdığı maşında arvaduşağı ilə hüzr yerinə gedirmiş...


Kriminal 23 Fev 2018 12:45:00 282 0

Qaçırdığı maşında arvaduşağı ilə hüzr yerinə gedirmiş...

Fevralın 23-nə keçən gecə Qaradağ rayonu ərazisindən avtomobil qaçırılması barədə DİN-in "102" Xidməti Zəng Mərkəzinə müraciət daxil olub.

DİN-dən Son.az-a verilən məlumata görə, bununla əlaqədar Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla Abşeron rayon sakini Fuad Əliyevə məxsus "VAZ-21099" markalı avtomobilin  gecə saat 3 radələrində Lökbatan qəsəbəsi ərazisindən qaçırıldığı məlum olub.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və avtomobil qısa vaxtda Salyan rayonunun Yenikənd kəndi ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı və 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan zaman avtomobili qaçıranın arvadı və 5 övladı da maşında olub.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin əvvəllər də analoji cinayət törətdiyinə görə məhkum olunmuş Vüsal Həsənov olduğu məlum olub.