Siyavuş Novruzov: “Azərbaycanda siyasi məhbus yoxdur, törətdiyi cinayətlərə görə cəzasını çəkənlər var”


Digərləri 23 Fev 2018 12:16:53 158 0

Siyavuş Novruzov: “Azərbaycanda siyasi məhbus yoxdur, törətdiyi cinayətlərə görə cəzasını çəkənlər var”

YAP icra katibinin müavini: “Düzdür, ayrı-ayrı iqtidarlar dövründə repressiyalar olub, amma YAP-ın hakimiyyəti illərində belə hallara yol verilməyib”

“Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra 1500-dən çox insanın cəzasının yüngülləşdirilməsi prosesinə başlanılıb”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov deyib ki, bu, humanist addımdır: “1993-cü ildən 70 əfv sərəncamı, 11 amnistiya aktı qəbul olunub. Bütün bunlar Heydər Əliyev siyasətinin əsasını təşkil edir. Müəyyən mətbuat orqanları bunu başqa istiqamətlərdə qələmə verməyə çalışırıar. Azərbaycanda siyasi baxışlarına görə həbs edilən yoxdur. Düzdür, ayrı-ayrı iqtidarlar dövründə repressiyalar olub, amma Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu dövrdə belə hallara yol verilməyib. Bəzən mənim fikirlərimlə bağlı xəbərləri fərqli təqdim etməyə çalışırlar. Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur, törətdiyi cinayətlərə görə cəzasını çəkən şəxslər var”.

Parlamentin sədri Oqtay Əsədov isə deyib ki, son vaxtlar bəzi mətbuat orqanlarında bir çox məsələlər olduğu kimi deyil, başqa formada təqdim olunur.