UEFA-dan "Galatasaray"a təklif: "Daha 1 il avrokubokdan kənarda qalın"


İdman 23 Fev 2018 12:17:00 281 0

UEFA-dan "Galatasaray"a təklif: "Daha 1 il avrokubokdan kənarda qalın"

“Galatasaray”ın maddi durumu UEFA-nın Maliyyə Nəzarət Komitəsi tərəfindən təhlil edilib. 

Goal.az Türkiyə mətbuatına istinadən məlumatına görə, qitə futbol qurumu “cim-bom”u cəzalandırmağa hazırlaşır. Belə ki, araşdırma nəticəsində məlum olub ki, İstanbul nəhənginin gəlirləri ilə xərcləri arasında qanunsuzluq var. Bu üzdən UEFA 2016-cı ildə verilən 1+1 illik avrokuboklardan kənarlaşdırma cəzasının ikinci hissəsinin qüvvəyə minməsinin tərəfdarıdı. Qurum klubun bu müddətdə problemlərini yoluna qoymasına ümid edir. Doğrudu, “sarı-qırmızılılar”ın prezidenti Mustafa Cengiz növbəti diskvalifikasiyanın verilməməsi üçün rəhbərliklə birlikdə hərəkətə gəlib. Ancaq onun maddi durumu düzəltmək üçün çox vaxtı qalmayıb. Çünki rəhbərlik martın 9-da Nyona yollanaraq UEFA-ya ifadə verərək özünü müdafiə edəcək və yekun qərarı gözləyəcək.

Hazırda 298 milyon avro borcu olan “Galatasaray” qısa müddətdə yeni gəlir mənbəyi yaratmalıdı. Əks təqdirdə, komanda növbəti mövsümdə də avrokuboklardan kənarda qalacaq.