Mahnı Teatrında uşaqların ifasında “Xocalı” tamaşası təqdim olunacaq


Digərləri 23 Fev 2018 12:19:57 145 0

Mahnı Teatrında uşaqların ifasında “Xocalı” tamaşası təqdim olunacaq

Tamaşa Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr-studiyası tərəfindən hazırlanıb

Fevralın 26-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Xocalı” adlı tamaşa təqdim olunacaq.

Bu barədə "Report"a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən bildirilib. 

Tamaşa Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr-studiyası tərəfindən hazırlanıb. 

Səhnə əsərinin quruluşçu rejissoru və ssenari müəllifi studiyanın bədii rəhbəri Larisa Tarusovadır.

Tamaşa saat 15:00-da başlayacaq.