“Ən yaxşı təqdimat” müsabiqəsi başlayıb


Digərləri 23 Fev 2018 12:11:16 174 0

“Ən yaxşı təqdimat” müsabiqəsi başlayıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar paytaxtdakı ümumi təhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib.

Bakı. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar paytaxtdakı ümumi təhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindəndən Trend-ə verilən məlumata görə, müsabiqənin təşkili və keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. Müsabiqənin keçirilməsində əsas məqsəd müstəqil Azərbaycanın memarı Heydər Əliyevin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.