İctimai Birlikdən təhsillə bağlı çağırış


Digərləri 23 Fev 2018 12:04:00 225 0

İctimai Birlikdən təhsillə bağlı çağırış

Uşaqların müdafiə mexanizmi təhsildən başlamalıdır. Uşaqların hüquqları, uşaqların müdafiəsi, uşaqlara qarşı zorakılıq əleyhinə yanaşma, əsasən, onların tədrisi ilə məşğul olan müəllimlərdə olmalıdır.

Ümumiyyətlə, uşaqların təhsil aldığı müəssisələrdə hər kəs uşaqların müdafiəsi, təhlükəsizliyi barədə bilgiyə sahiblənməlidir.

Məsələn, indi müəllimlər öz ixtisası ilə bağlı mütəxəssis olurlar, amma uşaqlarla davranışı tam öyrənmirlər.

Pedaqogika yeni standartlara cavab verməlidir, məsələn, uşaqlarla davranış, ünsiyyət, uşaq psixologiyası və s. prioritet təşkil etməlidir.

İndiki dövrün uşaqları texnoloji əsrin uşaqlarıdır və onlara fərqli yanaşılmalıdır. Ən əsası indiki müəllimlərin əksəriyyəti uşaq zorakılığı əleyhinə bilgilərini artırmalı, uşaqlara sözlü, fiziki təhqiri üstün tutmamalıdırlar.

Xüsusilə gənc müəllimlər üçün əksər hallarda uşaq hüququ, müdafiəsi əsas olmalıdır.