Azərbaycandan ixracın 50%-dən çoxu Aİ ölkələrinə həyata keçirilib


İqtisadiyyat 23 Fev 2018 11:21:06 262 0

Azərbaycandan ixracın 50%-dən çoxu Aİ ölkələrinə həyata keçirilib

Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr siyahısında lider İtaliyadır

Bu ilin yanvar ayı ərzində Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi 675 488,87 min ABŞ dolları təşkil edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat ayında ticarət dövriyyəsinin 535 255,73 min dolları ixrac, 140 233,14 min dolları idxal əməliyyatlarının payına düşüb. Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosu 395 022,59 min dollar təşkil edib.

Ölkə üzrə cəmi ticarət dövriyyəsinin 39,11%-i, o cümlədən məcmu ixracın 51,53%-i, idxalın isə 20,36%-i məhz Avropa İttifaqı ölkələri ilə həyata keçirilib.

Hesabata əsasən, İtaliya Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr siyahısında I yeri tutub. Belə ki, İtaliya ilə ticarət dövriyyəsi 297 817,01 min dollar olmaqla ölkənin cəmi ticarət dövriyyəsinin 17,24%-ni əhatə edib. İtaliyaya ixrac Azərbaycanın cəmi ixracının 26,98%-ni təşkil etməklə 280 233,85 min dollar olub. Bu müddətdə İtaliyadan idxal 17 583,16 min dollar olub və cəmi idxalda xüsusi çəkisi 2,55% təşkil edib. İtaliya Azərbaycanın ixrac həyata keçirdiyi əsas ölkələr siyahısında ilk, idxalda əsas ölkələr siyahısında isə 10-cudur.

Qeyd edək ki, hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar da nəzərə alınıb.