Canlı yayımda aparıcı qonağa hücum etdi:


Dünya 23 Fev 2018 10:21:00 354 0

Canlı yayımda aparıcı qonağa hücum etdi:

Rusiyanın NTV televiziyasında "Mesto vstreçi" (Görüş yeri) tokşousunda canlı yayım zamanı dava düşüb.

Son.az Haberler-ə istinadən xəbər verir ki, Ukraynanın separatçı Donbas bölgəsindəki dinc insanların öldürülməsi ilə bağlı aparılan polemika davaya dönüb. Aparıcı və siyasətçi qonaq yumruq davasına çıxıblar.

Qonaqlardan Andreas Mauer orada 100-dən çox uşağın dünyasını dəyişdiyini açıqlayıb. Bu fikrə qatılmayan ukraynalı politoloq Dmitri Suvorov isə yüksək səs tonuyla bu açıqlamalara etiraz edincə aparıcı Ander Norkin Ukrayna təmsilçisini qolundan tutaraq çölə çıxarmağa cəhd edib.

Aparıcının bu hərəkətini hücum olaraq qəbul edən Suvorov qarşılıq verib. Beləcə, Norkin və Suvorov arasında yumruq davası başlayıb. Studiya bir anda qarışıb. Digər qonaqların müdaxiləsindən sonra tərəflər sakitləşiblər.