TƏLƏSİN! Dövlət qulluğuna qəbul üçün müsahibəyə qeydiyyat başa çatır


Digərləri 23 Fev 2018 10:25:00 242 0

TƏLƏSİN! Dövlət qulluğuna qəbul üçün müsahibəyə qeydiyyat başa çatır

26 yanvar 2018-ci il tarixdə elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanlarına qeydiyyat bu gün başa çatır.

Bakı. İlhamə İsabalayeva - 26 yanvar 2018-ci il tarixdə elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanlarına qeydiyyat bu gün başa çatır. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat bu gün saat 18:00-dək davam edəcək. Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan 189 vakant icraçı vəzifəsinə (B növü) qəbul üçün 23 fevral saat 10:30‑a olan məlumata əsasən, 112 müraciət qeydə alınmışdır. 1 yerə düşən ərizələrin orta sayı 0.59-dur. 94 vakant vəzifə üzrə heç bir müraciət qeydə alınmayıb. Müsahibə elanı və müsabiqə vəziyyəti ilə ətraflı buradan tanış ola bilərsiniz. Qeyd edək ki, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər. Elan olunmuş müsahibələrdə iştirak üçün müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yaxın günlərdə yenidən müsahibə elanları veriləcəkdir.