Seulda Azərbaycan, Gürcüstan və Ukraynanın dövlət müstəqilliklərinin 100 illik yubileyi qeyd olunub (FOTO)


Digərləri 23 Fev 2018 10:01:00 180 0

Seulda Azərbaycan, Gürcüstan və Ukraynanın dövlət müstəqilliklərinin 100 illik yubileyi qeyd olunub (FOTO)

Fevralın 21-də Seul şəhərinin Yonqsan rayonunun İcra Hakimiyyətinin Teatr Zalında Azərbaycan, Gürcüstan və Ukraynanın Koreya Respublikasındakı Səfirliklərinin təşkilatçılığı ilə hər üç ölkənin dövlət müstəqilliklərinin 100 illik yubileyinə həsr olunmuş Konsert Proqramı keçirilib.

Bakı. Fevralın 21-də Seul şəhərinin Yonqsan rayonunun İcra Hakimiyyətinin Teatr Zalında Azərbaycan, Gürcüstan və Ukraynanın Koreya Respublikasındakı Səfirliklərinin təşkilatçılığı ilə hər üç ölkənin dövlət müstəqilliklərinin 100 illik yubileyinə həsr olunmuş Konsert Proqramı keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Yonqsan rayonunun İcra Hakimiyyətinin Vitse-meri Kim Sonq-Su, Azərbaycanın Koreyadakı Səfiri Rəmzi Teymurov, Gürcüstan Koreyadakı Səfiri Otar Berdzenişvili və Ukraynanın Koreyadakı Səfiri Oleksandr Horin açılış nitqi ilə çıxış ediblər. Çıxış edən R.Teymurov 2018-ci ildə hər üç ölkənin bu əhəmiyyətli tarixi qeyd etdiyini, 1918-ci ildə əldə olunmuş müstəqilliyin qısa müddət sürməsinə baxmayaraq, hər üç ölkənin milli kimliyini qoruyub saxladığını və 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməyə nail olduğunu, bu əlamətdar hadisə münasibətilə il ərzində bir sıra silsilə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu qonaqların diqqətinə çatdırıb. Yekunda Səfir Rəmzi Teymurov Yonqsan rayonun Vitse-meri Kim Sonq Sonq-Suya Yonqsan meriyasının Koreya ilə hər üçü ölkə arasında ikitərəfli əlaqələrinin inkişafına verdiyi töhfəyə görə təşəkkür plaketini təqdim edib. Tədbir konsert proqramı ilə davam edib, Ukraynanın “Two Violins Band” qrupunun ifaçıları, skripkada İlya Bondarenko və fortepianoda Olyona Jukova Azərbaycan, Gürcüstan və Ukraynanın məşhur bəstəkarlarının, eləcə də dünya klassiklərinin əsərlərini ifa ediblər.