İnterpol qətl törədən şəxsi axtarışa verdi


Digərləri 23 Fev 2018 09:27:11 266 0

İnterpol qətl törədən şəxsi axtarışa verdi

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.

Bakı. Samir Əli - İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. Trend-in məlumatına görə, 1967-ci il təvəllüdlü Şahin Hüseynov Göygöl rayonunda anadan olub. O, qətl törətməkdə təqsirləndirilir. Ş.Hüseynov barəsində hüquq-mühafizə orqanları cinayət işi başlasa da, təqsirləndirilən şəxs istintaqdan yayınıb. Nəticədə məhkəmə onun tutularaq istintaqa cəlb edilməsi üçün barəsində həbs qətimkan tədbiri seçib.