“Tinkoff Bank”ın vitse-prezidenti Bakıda Beynəlxalq Bankçılıq Sərgi-Konfransında çıxış edəcək


Digərləri 23 Fev 2018 09:00:00 216 0

“Tinkoff Bank”ın vitse-prezidenti Bakıda Beynəlxalq Bankçılıq Sərgi-Konfransında çıxış edəcək

Maksim Yevdokimov Bakıda baş tutacaq regional “Rəqəmsal bankçılıq və təhlükəsizlik” mövzulu Beynəlxalq Bankçılıq Sərgi-Konfransında spiker kimi çıxış edəcək.

Bakı. “Tinkoff Bank”ın vitse-prezidenti və Mobil Bankçılıq Direktou Maksim Yevdokimov 17-18 aprel tarixlərində Bakıda baş tutacaq regional “Rəqəmsal bankçılıq və təhlükəsizlik” mövzulu Beynəlxalq Bankçılıq Sərgi-Konfransında spiker kimi çıxış edəcək. Bankdan Trend-ə verilən məlumata görə, Maksim Yevdokimov 2013-2015-ci illərdə Deloitte tərəfindən Rusiyanın ən yaxşı mobil bank tətbiqi seçilmiş “Tinkoff Mobil Bank”ı, 2015-ci ildə Rusiyada ən yaxşı qeyri-bank mobil tətbiqi seçilən “Moneytalk”ı, yol-nəqliyyat cərimələrinin yoxlanması və ödənməsi üçün “Traffic Fine App” mobil tətbiqinin yaradıcısı olan Tinkoff Mobil komandasının lideridir. “Tinkoff”a qoşulmazdan əvvəl, 2012-2013-cü illərdə Mobi.Dengi adlanan mobil ödəniş xidmətinin rəhbər şəxsi vəzifəsində çalışıb. 2009-cu ildən 2011-ci ilə qədər isə internet provayderi şirkəti olan “Summa Telecom Ukraine”ın başçısı olmuşdur. 2005-2008-ci illərdə Azərbaycanda mobil operator olan “Azerfon” (Nar Mobile) şirkətində məsləhətçi qismində, 2004-cü ildə isə “Megafon” şirkətinin Məhsul və Xidmətin İnkişafı Departamentinin sədri vəzifəsində çalışıb. Moskva Dövlət Universitetinin məzunudur. Qeyd edək ki, 2006-cı ildə Oleg Tinkov tərəfindən əsası qoyulan “Tinkoff Bank”ın Rusiyada 7 milyondan çox müştərisi mövcuddur. İnnovativ cəhətdən dəfələrlə özünü sübut etmiş bank bütün xidmətlətini onlayn şəkildə həyata keçirir və heç bir filialı mövcud deyil. Tədbir çərçivəsində maliyyə texnoloji avadanlıqların, proqram təminatlarının, bank avtomatlaşdırma sistemlərinin nümayiş sərgisi olacaq. Müasir ödəmə və identifikasiya vasitələri, biometrik ATM ilə yanaşı, “Unionpay”, “AliPAY”(ALİBABA), “VİSA”, “Mastercard” kimi maliyyə xidmətləri şirkətlərinin yeni innovativ təqdimatları gözlənilir. Konfrans “Azərbaycanda maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir və “FA International Trade Events” (www.futureadvantage.events) şirkətinin təşkilatçılığı ilə keçirilir. Tədbir haqqında daha ətraflı məlumatı keçid vasitəsi ilə əldə edə bilərsiz. https://www.youtube.com/watch?v=eDX-OkZ_TOA Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin