Maşın gənc oğlanı vuraraq tanınmaz hala salıb FOTO


Digərləri 23 Fev 2018 08:47:00 252 0

Maşın gənc oğlanı vuraraq tanınmaz hala salıb  FOTO

Abşeron rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Hökməli-Qobu yolunda baş verib.

Hökməli qəsəbə sakini Elçin Məmmədov idarə etdiyi "01-BZ-421" dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı minik avtomobili ilə yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçmək istəyən şəxsiyyəti məlum olmayan 20-25 yaşlı gənc oğlanı vurub.

Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə apararkən o, yolda dünyasını dəyişib.


Xəbərə aid fotolar