"Atletik" və "Spartak" azarkeşləri arasında iğtişaş zamanı bir polis ölüb, bir neçə nəfər yaralanıb


Dünya 23 Fev 2018 08:30:00 427 0

"Atletik" və "Spartak" azarkeşləri arasında iğtişaş zamanı bir polis ölüb, bir neçə nəfər yaralanıb

Ən azı beş nəfər saxlanılıb

Futbol üzrə Avropa Liqasının "Atletik" (İspaniya) və "Spartak" (Rusiya) arasında Bilbao şəhərində keçirilmiş 1/16 final matçından əvvəl fanatlar arasında baş vermiş iğtişaş zamanı bir polis əməkdaşı ölüb.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə "Correo" qəzeti yazıb.

Regional hüquq-mühafizə orqanları əməkdaşı ürəyi dayandıqdan sonra tibb müəssisəsinə aparılıb. Reanimasiyadan sonra o, ağır vəziyyətdə olub və sonra dünyasını dəyişib.