Qahirədə yaşayış binası uçub, azı 10 nəfər ölüb


Dünya 23 Fev 2018 07:30:24 302 0

Qahirədə yaşayış binası uçub, azı 10 nəfər ölüb

Hadisə paytaxtın ən sıx məskunlaşmış kasıb rayonlarından birində baş verib

Misirin paytaxtı Qahirədə beşmərtəbəli yaşayış binasının uçması nəticəsində azı 10 nəfər ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli MENA rəsmi informasiya agentliyi məlumat yayıb.

Qahirənin Mülki Müdafiə İdarəsindəki mənbənin bildirdiyinə görə, bina paytaxtın ən sıx məskunlaşmış kasıb rayonlarından olan Manşiat-Nasrdə uçub. O, hazırda dağıntılar altından 10 meyitin çıxarıldığı əlavə edib.