Tokioda Şimali Koreya Vətəndaşları Assosiasiyasının darvazası atəşə tutulub


Dünya 23 Fev 2018 06:42:16 239 0

Tokioda Şimali Koreya Vətəndaşları Assosiasiyasının darvazası atəşə tutulub

Hadisə zamanı xəsarət alan olmayıb

Cümə günü səhər ultrasağçı təşkilatı təmsil edən iki nəfər Yaponiyada Şimali Koreya Vətəndaşları Assosiasiyası binasının darvazasına atəşə tutub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.

Bildirilir ki, Yosinori Kavamura və Satosi Katsurada adlı şəxslər təşkilat binasına yaxınlaşaraq darvazaya doğru bir neçə dəfə atəş açıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Onlar qanunsuz silah gəzdirmədə şübhəli bilinərək binada növbə çəkən polis tərəfindən saxlanılıb.