Tbilisi prospektində piyadanı maşın vuraraq ağır xəsarət yetirib


Sosial 23 Fev 2018 05:16:22 265 0

Tbilisi prospektində piyadanı maşın vuraraq ağır xəsarət yetirib

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Bakının Yasamal rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, 1986-ci il təvəllüdlü Abdullayev Şahin Oqtay oğlu Tbilisi prospektində yolu keçərkən onu "90-SH-048" dövlət qeydiyyat nişanlı "Toyoto Prado" markalı avtomobil vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.