Nişan üzüyünün əsl mənası nədir?


Digərləri 23 Fev 2018 04:30:00 366 0

Nişan üzüyünün əsl mənası nədir?

Evlənməyə işarə verən nişan üzüklərinin əslində hansı məna kəsb etdiyi və ilk dəfə kim tərəfindən istifadə olunaması ilə bağlı maraqlı faktlar var.

Son.az axşam.az-a istinadən həmin tarix haqqında qısaca məlumat verir.

Bildirilir ki, nişan üzüyü sadəcə evlilik mənasını vermir. Tarixdə ilk nişan üzüyü qədim misirlilərə aiddir. Onlara görə, bu üzük sonsuz sevgi ifadə etməklə yanaşı, bolluq və bərəkət rəmzidir.

Belə ki, qədim dövrlərdə misirlilər nişan üzüyünü Nilin kənarındakı bitkilərdən hazırlayırdılar ki, bu da bərəkət rəmzi hesab olunurdu.

Zamanla bitkilərdən hazırlanan üzüklər fil sümüyü kimi bərk materialdan düzəlməyə başlanıldı. Misirlilərə görə, sol əlin üçüncü barmağındakı damarlar qəlbə yol alır və bu damarlar "sevgi damar" adlandırılır. Ona görə də nişan üzüklərinin maddi dəyərindən daha çox mənəvi dəyəri əsas götürülərək simvolik olaraq sol əlin üçüncü barmağına taxılır.